14 iyul 2010 21:48
Serbiyalı müdafiəçi Bakı-nı tərk etdi
Serbiyalı müdafiəçi Stevan Bates artıq Azərbaycanın «Bakı» futbol klubunun formasını geyməyəcək. Azerisport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Vinfrid Şefer deyib: «Bakıya qayıdan günü Bates mənə klubu tərk etmək istədiyini söylədi. Biz isə onu komandada saxlamadıq, çünki o «Bakı»-da oynamaq istəmir. Belə futbolçular isə bizə lazım deyil». Xatırladaq ki, serbiyalı futbolçu «Bakı»-nın heyətinə keçən il cəlb olunmuşdu.
