14 iyul 2010 12:47
Diqqət! Portuqaliya gəlir (YENİLƏNDİ)
Italiyanın Bibiano şəhərində çimərlik futbolu üzrə Dünya Kubokunun pley-off mərhələsinin püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, 1/8 mərhləsində Azərbaycan millisi Portuqaliya yığması ilə görüşəcək.
Oyun sabah Bakı vaxtıylə saat 18:15-də başlayacaq. Qeyd edək ki, Dünya Kubokunun final mərhələsinə düşmək üçün Emil Cabbarovun yetirmələri yarımfinala keçməlidirlər.
Pley-off mərhələsinin digər görüşləri: Rumınya-Estoniya, Ukrayna-Hollandiya, Yunanıstan-Macarıstan, İsveçrə-Fransa, Russiya-Türkiyə, İtaliya-Polşa, Moldova-İspaniya.
