14 iyul 2010 00:12

Hafiz Məmmədov: Liverpul və Yuventus-la qrup mərhələsində qarşılaşmaq əla olar

Azərbaycan Kubokunun sahibi Avroliqanın oyunlarına hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, "Baki" klubunun məşqini klubun prezidenti Hafiz Məmmədov da izləyib.
 
Klubumuzun fəxri prezidenti Anar Məmmədovla birlikdə axşam məşqini diqqətlə seyr edən Hafiz Məmmədov məşqçi heyəti və futbolçularla səmimi söhbət zamanı komandaya güvəndiyini söylədi. Hafiz Məmmədov “Buduçnost” klubuna qarşı oyunda komandamıza uğurlar arzuladı.
 
Klub prezidenti daha sonra "Bakı"nın Avropa Liqası turnirində iştirakı ilə bağlı fikirlərini “Bakı” klubunun rəsmi internet səhifəsi ilə bölüşdü: “Əhval-ruhiyyə əladır. Futbolçuların necə həvəslə məşq etdiyinin şahidi oldum. Bu məni ümidləndirməyə bilməz. Yeganə narahatçılığım yeni futbolçularımızın kollektivə uyğunlaşması ilə bağlıdır. Amma əminəm ki, Vinfrid Şeferin başçılıq etdiyi təcrübəli məşqçilər korpusu bu çatışmazlığı aradan qaldıracaq”.
 
Hafiz Məmmədov oyunun müqəddəratının ilk oyunda həll olumasının mümkünlüyünə də toxunub: “Elə istəyimiz budur. İstəyirik ki Podqoritsada keçiriləcək cavab oyunu üçün münasib nəticəni burada əldə edək. Məncə, “Bakı” klubunun hazırkı səviyyəsi bu tapşırığın öhdəsindən gəlməyə imkan verir”.
 
Avroliqanın III mərhələsində daha səviyyəli komandalar var. “Liverpul”, “Yuventus” kimi potensial rəqibləri buna misal göstərmək olar. Amma klub prezidenti təsnifat mərhələsində böyük klublarla qarşılaşmağı arzuolunmaz sayır. “Sözsüz ki, Avropanın adlı-sanlı klubları ilə qarşılaşmaq istərdik. Amma bunun qrup mərhələsində baş tutması əla olardı. Bildiyiniz kimi, bu il “Bakı”nın qarşısında qoyulan minimum vəzifə ötənilki uğuru təkrarlayaraq, Avroliqanın play-off mərhələsinə çıxmaqdır. Amma könlümüzdən ilkə imza ataraq qrup mərhələsinə yüksəlmək kimi maksimum proqram keçir. O zaman azarkeşlərimizə “Liverpul”, “Yuventus” kimi komandalarla qarşılaşmaq sevinci bəxş etmək istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.