14 iyul 2010 12:14
Neftçi Qəbələ ilə yoxlama oyununu keçirəcək
Avstriyada təlim-məşq toplanışını başa vuraraq vətənə dönən «Neftçi» komandası iki gün istirahət edəcək. Azerisport.az «Neftçi»-nin rəsmi saytına istinadən xəbər veriri ki, komanda üzvləri iyulun 16-dan etibarən hazırlığı Bakıda davam etdirəcəklər. Bunun ertəsi günü isə komanda «Qəbələ» klubu ilə yoxlama oyunu keçirməyi planlaşdırır. Bundan sonra «Neftçi» hazırlığın növbəti mərhələsini həyata keçirmək üçün iyulun 19-da Türkiyəyə yola düşəcək. Bolu şəhərində məskunlaşacaq "ağ-qaralar" qardaş ölkədə bir neçə yoldaşlıq görüşü keçirəcəklər.
