14 iyul 2010 01:00
Cavadovun komandası qələbə qazandı (YENİLƏNDİ)
Bu gün Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun komandası Hollandiyanın «Tvente» klubu İsveçrənin «Emmen» komandası ilə yoxlama oyununu keçirdi. Azerisport.az məlumatına görə, Cavadov meydançaya «Tvente»-nin əsas heyətində çıxıb və oyunun 61-ci dəqiqəsində əvəzlənmişdi. Görüş 2:1 hesabı ilə «Tvente» komandasının xeyrinə başa çatdı. Hollandiyalıların heyətində qolları Brama və De Yonq vurdu.
