14 iyul 2010 12:42
Puyol İspaniyanı tərk edir
İspaniya yğımasının müdafiəçisi Karles Puyol milli komanda çıxışlarını başa vurmağa qərar verib. Azerisport.az İspaniynanın «Marca» qazetinə istinadən məlumat verir ki, bu qərarı Puyol artıq noyabr ayında qəbul etmişdi.
Bu qərar haqda hər kəs bilirdi, lakin yığmanın baş məşqçisi Visente del Bosqe və İspaniya futbol federasiyasının idman direktoru Fernando Yerro «Barselona»-nın oyunçusuna millidə qalmasını xahiş edirdilər. Lakin, Puyol öz qərarını dəyişmək istəmir və hesab edir ki, dünya çempionu adının qazanandan sonra, o millidə öz karyerasını rahat başa vura bilər. Qeyd edək ki, futbolçu artıq yığmanın baş məşqçisindən xahiş edib ki, avqustun 11-də keçiriləcək yoladşlıq oyununa onu dəvət etməsin.
Puyol İspaniya milli komandasında 2000-ci ildə debüt edib və maraqlıdır ki, onun ilk və sonuncu oyunları məhs Hollandiya yığmasına qarşı olub.
