14 iyul 2010 00:56

İnter «ənənəni» pozmadı

 

Növbəti avrokuboklar mövsümü «İnter» komandası üçün uğursuz başlandı. Bu oyundan əvvəl komanda avrokuboklarda altı oyun keçirib – üçündə heç-heçə edib, üçündə isə məğlub olub. Yəni, bir dəfədə olsun nə öz azərkeşlərini, nə də ki özlərini qitə kuboklarının oyunlarında qələbə ilə sevindirə bilməyib. Bu ilki avromövsüm isə bu vəziyyəti dəyişmək üçün yaxşı bir imkan verirdi... Lakin püşk komandamıza heçdə asan rəqib bağışlamadı...
 
Amma, açığı deyim, inanmıram ki «İnter»-ə «Lex»-dən zəif komanda düşsəydi, o qələbə qazana bilərdi. Çünki bu komandanın bir problemi var – baş məşqçisi.Vaxtı ilə gözəl futbolçu olan, sonradan isə ayrı-ayrı mütəxəsisslərdən məşqçilik həyatında yüksək qiymət alan Tsaxadadze, sanki avrokuboklara çatanda bu insan oyunun nəbzini tam itirir. Start heyəti açıqlananan kimi bu fikir məni buraxmırdı.
 
Oyunun gedişatı göstərdi ki, əsas heyətdə yer alan futbolçuların yarısı oyuna hazır deyillər. Odikadze, Mjvanadze, Poşkus, Kruqlov, Çervenka – bunlar oyuna heç hazır deyillər! Bu da ona gətirib çıxartmışdı ki, hücümların böyük əksəriyyəti mərkəzlə keçirilirdi. Hərdən-bir sağ cinahı istifadə olunurdu, o da onun nəticəsində baş verir di ki, top kiməsə dəyib o tərəfə gedirdi. Birinci hissədə sol cinahdan isə sadəcə bir dəfə təhlükəli ötürmə oldu, mən deyərdim hətta – ideal ötürmə. Lakin, nədənsə Poşkus bu topa zərbə endirə bilmədi, baxmayaraq ki, o, topla tək-tənha «görüşə» çıxmışdı. Açığı deyim, bu məqam mən çox təəcübləndim: nəyə görə Poşkus topun üstünə gedən zamanı birdən-birə yerində dayanaraq tullandı? Bu pauza nəyə görə lazım idi? Nəticədə, top Poşkusun saçlarını sığallıyarak, öz yoluna davam elədi. Birinci hissədədə olduğu kimi, ikinci hissədədə təkbətək vəziyyətdə yenidən yubandı. Bu oyunda Litva millisinin futbolçusu heç özünə oxşamırdı.
 
«Neftçi»-nin keçmiş oyunçusu Dmitri Kruqlovda bu oyuna hazır deyiliydi. Biz hamımız bilirik, bu oyunçu nəyə qadirdi və bilirik ki, bu yəgin onun ən uğursuz oyunlarından biridi. İkinci hissənin əvvəlində onun yerinə meydançaya yeganə əslən Azərbaycanlı olan Nizami Həciyev daxil oldu. Topa ilk toxunuşundan sonra ağlıma bir sual gəldi – nəyə görə bu futbolçu ehtiyat skamyasında idi? Top Həciyevin ayağlarına düşən kimi, polşalılar  topu ondan almaqda böyük əziyyət çekirdilər.
 
Odikadze və Mjvanadze… Nə gədər isitəyirdim ki, başa düşüm bu oyunçular nəyə lazımdı, başıma heç bir şey gəlmədi… Ləng tərpəniş, mənasız ötürmələr, lazımsız hərəkətlər… Amma Tsxadadzenin bunu görməsi üçün 80-dəqiqə lazım gəldi... Ancaq 81-ci dəqiqədə o, Odikadzenin əvəzinə meydançaya Arif Daşdəmirovu buraxdı... Düzdü, Daşdəmirov cəmi 10 dəqiqəyə yaxın meydançada oldu, lakimn bu vaxtda bəs etdi ki, həmin sual növbəti dəfədə səsləndirilsin – nəyə görə bu futbolçu ehtiyat skamyasında idi?   
 
Ümumiyyətlə, nə qədər də qəribə səslənsə, amma fikrimcə bu oyunda «İnter»-in heyətində özünü yaxşı tərəfdən göstərən tək müdafiə xətti oldu, daha dəqiq desəm – Levin və Jelev. Bunlara təkcə anlaşılmazdıq mane olurdu. Amma nəzərə alsaq ki, Jelev komandanın yeni transferlərindən biridi, demək olar ki, bir neçə oyundan sonra bu iki müdafiyəçi bir birini əla başa düşəcəklər. Gözləmək lazımdı.
 
O ki qaldı oyunun nəticəsinə, buna təəcüblənmək lazım deyil. Əgər məşqçi 4-3-2-1 sxeminə üstünlük verirsə, onda sxemin «2» olan yerində sürətli və ya da driblingi olan futbolçular lazımdı. Bu günki oyun isə göstərdi, belə oyunçular var və biz bunun ikinci hissədə şahidi olduq. Ümid edirəm ki, gələn oyunda gürcü məşqçi heç olmasa bu səhfini düzəldəcək.
 
Mənə isə maraqlıdı, Tsxadadze bu oyundan nəticə çıxardacaqmı, yoxsa yenədə hər kəsi və hər şeyi günahlandıracaq?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.