15 iyul 2010 13:18
Manchester United öz yeni formasını təqdim etdi (FOTO)
İngiltərənin qrand klublarından biri «Manchster United» 2010/11 mövsümü üçün öz yeni ev formasının təqdimat mərasimini keçirtdi. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, forma Nike şirkəti tərəfindən ekoloqiya sahəsində yeni texnoloqiyaların vasitəsi ilə hazırlanıb. Futbolkalar tam olaraq işlənmiş poliesterdən hazırlanıblar. Hər futbolkanın istehsalına təxminən səkkiz plastik şüşə qabları istefadə olundu.
