15 iyul 2010 13:37
Hollandiya mətbuatı: Prüdomm Cavadova etibar edir
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov Hollandiyanın «Tvente» komandasının hər oyunuda meydançaya əsas heyətdə çıxır. Azerisport.az məlumatına görə, yerli KİV-lər qeyd edirlər ki, komandanın baş məşqçisi Mişel Prüdomm ona etibar göstərir. Hollandiya mətbuatı hesab edir ki, əgəg Cavadov məşqçinin ehtimalını doğrultsa, onda Brayan Ruislə tandem yarada bilər.
