15 iyul 2010 19:20
Portuqaliya Azərbaycanı darmadağın etdi (YENİLƏNDİ)
Azerisport.az xəbər verir ki, bu gün İtaliyanın Bibiano şəhərində çimərlik futbolu üzrə Dünya Kubokunun seçmə turnirin 1/8 mərhələsi çərçivəsində Azərbaycan millisi Portuqaliya ilə görüşdü.
Oyunda birinci hissəsi bitdi. Hesab hələ ki 2:0 Portuqaliya komandasının xeyrinədi. Hər iki qolun müəllifi Portuqliya komandasının kapitanı Madjer olub.
İkinci hissə başlayan kimi Madjer özünün və komandasının üçüncü topunu vurur - 3:0
Hikmət Bağırov Azərbaycan yığmasının ilk qolunu vurdu - 3:1
Belxior Portuqaliyaya dördüncü topu vurur - 4:1
Jordan beşinci qolu millimizin qapısından keçirir - 5:1
İkinci hissə 5:1 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatdı.
Üçüncü hissə başlandı.
Müslüm Hüseynov hesab arasında fərqi azaldır - 5:2
Oyun 5:2 hesabı ilə bitdi.
Digər oyunların nəticələri: Rumıniya – Estoniya - 6:2, Ukrayna – Hollandiya - 6:0, İsveçrə –Fransa - 5:2.
Qalan oyunlar: Yunanıstan– Macarıstan, Rusiya– Türkiyə, İtaliya – Polşa, Moldova – İspaniya.
Final mərhələsində yarımfinala çatmış komandalar iştirak edəcək.
