15 iyul 2010 15:04
«Mavilər» Almaniyaya dünya çempionu olmağa mane oldular
Almaniya yığmasının futbolçusu Mixael Ballakın aqenti Mixael Bekker qalmaqallı bəyanət verdi. Azerisport.az Almaniyanın Spiegel nəşrinə istinadən xəbər verir ki, Bekker öz müsahibəsində «bundesmanşaft» İspaniya ilə yarımfinal oyununu nəyə görə öz xeyrinə bitirə bilmədiyini açıqladı.
Onun sözlərinə görə, son vaxtlar yığmanın heyətinə bir neçə «mavilər» daxil olub, buna görədə komandanın oyun stili dəyişib, daha da kombinasiyalı və cəlbedici olub. Bu da İspaniyaya yarımfinalda məğlubiyyətin səbəbi oldu.
Xatırladaq ki, Ballakın özü DÇ-2010-u zədə üzündən buraxmalı olub.
