15 iyul 2010 15:27
Neftçi`nin oyunçuları Almaniyaya gedir
Azərbaycanın 21 yaşadək yığma komandası avqustun 9-dan 17-dək Almaniyada təlim-məşq toplanışı keçəcək. Azerisport.az «Neftçi» klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yeddi futbolçusu U-21-ə dəvət olunub. Bunlar – Araz Abdullayev, Eşqin Quliyev, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Cavid İmamverdiyev, Orxan Həsənov və Ruslan Qurbanovdu. Onlar millinin digər üzvləri kimi avqustun 8-də yığma komandanın düşərgəsinə yollanacaqlar.
