15 iyul 2010 15:43
Mesut Özil özünə yeni klub tapdı
Almaniya millisinin və Bremenin «Werder» klubunun yarımmüdafiəçisi Mesut Özil Münxenin «Bayern» klubuna keçidi haqqında öz komandasının rəhbərliyi ilə razılığa gəlib. Azerisport.az Almaniyanın tz-online.de saytına istinadən məlumat verir ki, futbolçunun indiki komandası ilə müqaviləsinin müddəti 2011-ci ildə bitəcək və buna görə o «Bayern»-ə azad agent kimi keçəcək.
