15 iyul 2010 16:03
Juventus Forlanın dalınca düşüb
İtaliyanın «Juventus» klubu serbiyalı Miloş Krasiçi və bosniyalı Edin Djekonu öz heyətinə cəlb edə bilmədiyindən özünə yeni transfer məqsədi tapıb. Azerisport.az Corrirre dello Sport-a istinadən xəbər verir ki, «Qoca senyora» öz sıralarına DÇ-2010-nun ən yaxşı futbolçusunu, Madridin «Atletico» klubunun hücumusu Dieqo Forlanı transfer etmək niyyətindədi. Klub futbolçuya görə 20 milyon avro ödəməyə hazırdı. Lakin, qeyd etmək lazımdır ki, mundialdan sonra Forlan bir neçə dəfə bəyan etmişdi ki, Madriddə qalmaq istəyir.
