15 iyul 2010 17:51
Elvin MƏMMƏDOV: Qarabağ Avropa qrandı deyil
Azərbaycan millisinin və «Qarabağ» futbol klubunun oyunçusu Elvin Məmmədov komandasının Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın «Portadaun» ilə keçiriləcək ilk oyundan əvvəl azerisport.az saytına öz fikirləri ilə bölüşdü. «Bizim klublarımız üçün bütün komandalar təhlükəlidi. «Qarabağ» Avropa qrandı deyil ki, başqa komandalara yuxardan baxsın. «Portadaun» yaxşı komandadı və onlar mübarizəsiz təslim olmayacaqlar», - Məmmədov bildirdi.
Futbolçu gələcək mərhələdəki mümkün olan rəqiblər haqqındada danışdı: «Bilirəm ki, orada güclü klublar var. Mən istiyərdim ki, bizə «Qalatasaray» komandası düşsün. «Qarabağ» - «Qalatasaray» - belə bir afişa ürəyinizcədi? Məncə, əladı».
