15 iyul 2010 19:40
XL`in baş məşqçisi rumıniyalı oldu
Qarşıdakı iki il ərzində Azərbaycanın «Xəzər-Lənkəran» futbol klubunun baş məşqçisi rumıniyalı mütəxəssis Mirça Rednik oldu. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müvafiq müqavilə bu gün İstanbulda «Xəzər Lənkəran» klubu və rumıniyalı məşqçi arasında imzalanıb.
