15 iyul 2010 11:34
Almaniya millsinin oyunçusu Madrida keçir
Almaniya millisinin və «Ştutqart» klubunun yarımmüdafiəçisi Sami Hedira öz karyerasının Madridin «Real» klubunda davam etdirəcək. Azerisport.az İspaniyanın Marca saytına istinadən xəbər verir ki, alman oyunçu Madriddə gələrək komandanın bazasına baş çəkdi. Transferin məbləği 10 milyon avro təşkil edəcək. Hediranın «Ştutqart»-la indiki müqaviləsinın müddəti gələn il bitir. Sonuncu Dünya Çempionatında yarımmüdafiəçi Almaniyanın bütün oyunlarında iştirak edib və Uruqvayla üçüncü yer uğrunda oyunda komandasının qələbə topunun vurub.
