15 iyul 2010 11:45
Qarabağ nəhayət Şimali İrlandiyada
Azərbaycanın «Qarabağ» futbol klubu nəhayət ki Şimali İrlandiyaya çatdı. Azerisport.az xəbər verir ki, komanda təyinat nöqtəsinə 8 saat 45 dəqiqə ərzində çatıb. Həmçinin, klubun çarter təyyarəsi Çexiyanın Brno şəhərində enməli oldu. Bundan sonra isə komanda Belfasta yollandı və oradan avtobus vasitəsi ilə Portadauna yola düşdülər. Xatırladaq ki, bu gün «Qarabağ» Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu məhz Portadaun şəhərciyində eyniadlı komanda ilə keçirəcək.
