15 iyul 2010 00:23
Borets Buduçnost-u asan rəqib saymır
Azərbaycanın «Bakı» futbol klubunun yarımmüdafiəçisi Vadim Borets Avropa Liqasının 2-ci təsnifat mərhələsinin çərçivəsində keçiriləcək Çernoqoriyanın «Buduçnost» komandası ilə ilk oyunundan əvvəl azerisport.az saytına öz fikirləri ilə bölüşdü. «Rəqibimizin aşağı səviyəli olduğundan danışmaq lazım deyil. Hamımız gördük ki, o qədərdə tanınmış klubu olmayan «Olimpiya» «Xəzər-Lənkəran»-a növbəti mərhləyə adlamaqa imkan vermədi. İndi hamı oynaya bilir. «Buduçnost»-da istisna deyil, bu komanda keçmiş Yuqoslaviyanın təmsilçisidi, orada futbol bütün zamanlar milli idman növü olub. Bu demək deyil ki, biz rəqibizdən qorxuruq, lakin ən azı onlar hörmətə layiqdirlər», - Borets bildirdi.
