16 iyul 2010 01:24

Bu gün Bakı`nın günüdü

 

Bu gün Azərbaycanın «Bakı» futbol klubu avromüvsümün öz ilk oyununu qələbə ilə başa vurdu. Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində «Bakı» Çernoqoriyanın «Buduçnost» komandasını 2:1 hesabı ilə məğlub etdi.
 
Qeyd etmək lazımdı ki, oyundan əvvəl demək olar ki hamı «Bakı»-nın rahat gələbə qazanacağında şübhə etmirdilər. Və oyun başlayan kimidə bu inam lap möhkəmləndi. İlk 45 dəqiqə ərzində «Buduçnost» komandasının futbolçuları topu demək olar ki öz ayaqlarında görmürdülər. «Bakı» buna imkan vermirdi. Düzdü, ilk qolu bizim komanda buradı və şübhəsiz ki, müdafiəçilərin düzgün mövqe seçməmələrindən. Lakin, mən bu qola sadəcə olaraq kiçik bir anlaşılmazlıq deyərdim.
 
Oyun tam olaraq «Bakı»-nın üstünlüyü ilə keçdi. Axır ki, bu komanda avrokuboklardada öz xarakterini göstərdi. Əlbətdə, indidəın «Bakı»-nı növbəti mərhələ «göndərmək» düzgün deyil, hələ ki bilinmir «Buduçnost» öz meydançasında nə edəcək. Amma bu oyundan sonra demək olar ki, komandanın «60 dəqiqəlik oyunu» böyük ehtimalnan bu avromövsümdə yox olacaq. Yadınızdadırsa, keçən avrokuboklarda «Bakı» hər komanda ilə - «Ekranas», «Levski» və «Bazel»-lə cəmi 60 dəqiqə mübarizə aparırdı, oyunun qalan 30 dəqiqəsi isə oyunçuların yadından çıxırdı. Bu dəfə isə biz doğurdanda sona gədər davam edən mübarizənin şahidi olduq.
 
Bu görüşdə iki neqativ faktor özünü biruzə verdi:
 
1 - oyunçular arasında qarşılıqlı anlaşma hələ ki axsıyır;
 
2 – hücum xəttinin acizliyi.
 
İlk öncə oyunçular bir-birini hələ ki tam olaraq başa düşmürlər, bəzi məqamlarda bunu görmək olardı. Lakin, nəzərə alsaq ki, «Buduçnost» klubuna qarşı əsas heyətdə yer alan oyunçulardan dördü komandaya bu yay cəlb olunub, onda bu heçdə bizi təəcübləndirməməlidi. Buna baxmayaraq, qeyd etmək lazımdı ki, komanda fiziki cəhətdən tam hazır vəziyyətə idi. Deməli, Almaniyadaki toplanışlar boş yerə keçirilməyib.
 
İkinci məsələyə gəldikdə isə, oyunu seyr edərkən «Bakı»-nın hücüm xəttində elə bil ki nəsə və ya kimsə çatışmırdı. Komandanın hücum xətti mənə ucluqsuz oxu yada saldı – nə qədər bu ox atırsan at, amma o səddi deşməyəcək, sadəcə dəyib yerə düşəçək. Hücumda əsas ümidlərdən biri Aleksandr Şoliç isə bu gün özünə heç oxşamırdı. Ləng hərəkətlər, geyri dəqiq ötürmələr. İkinci hissədə bunu komandanın baş məşqçisi Vinfrid Şeferdə gördü və Şoliçi digər yeni oyunçu Anqulo Ceffersonla əvəzlədi. Cefferson isə öz növbəsində «Buduçnost»-un müdafiəçilərinə baş ağrısı oldu və hətta bir məqamda legioner ilk rəsmi qolunuda vura bilərdi, lakin onun baş zərbəsi düz qapıçının üstünə yönəldi. Ümumiyyətlə bu oyunda rəqibin qapıçısı Miloş Draqoeviç çox yaxşı təsir bağışladı.
 
Lakin, oyunun son dəqiqələrində iki dəfə öz qapısından top buraxdı. «Bakı»-nın ilk qolun müəllifi Saşa Kaykut komandada elə öz ilk rəsmi topunu vurdu. Ümumiyyətlə, komandanın yeni transferlərinə gəldikdə, demək olar ki, hamısı bu oyunda özünü yaxşı tərəfdən göstərdilər. Əsasəndə, İbrahim Karqbo dayaq yarımmüdafiəçi yerində çox yaxşı təsir bağışladı, hər məqamda sona kimi mübarizə aparırdı və demək olar ki, bütün mübarizələrdən qalib ayrılırdı. Qeyd etmək lazımdı ki, bəzi azərkeşlər heyətdə azərbaycanlıların olmamasını pis qəbul edirlər. Lakin, yaddan çıxartmaq lazım deyil ki, «Bakı»-nın məşqçisi Şeferdi Tsxadadze deyil. Oyuna qəldikdə isə, total üstünlüyün nəticəsi kimi, nəhayət ki qələbə topuda vuruldu: qısaboylu Jabadı üçüncü əlavə edilmiş dəqiqədə hiyləgər zərbə ilə hesabı 2:1 «Bakı»-nın xeyrinə edir. Və heçdə «Bakı» üçün yaxşı başlamayan oyun – hesab tərəfdən – paytaxt komandasının effektli qələbəsi ilə başa çatır.
 
O ki qaldı rəqibimizə, Çernoqoriya təmsilçisi bu oyunda təhlükəli əks-hücumları ilə yadda qaldı. Lakin, ümumlikdə «Buduçnost» komandası elə də güclü təsir bağıçlamadı. Amma, kim bilir, cavab oyununda biz bu komandanı hansı vəziyyətdə görəcəyik.
 
Xatırladaq ki, cavab oyunu iyulun 22-də Çernoqoriyanın Podqoritsa şəhərində keçiriləcək.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.