16 iyul 2010 13:34
Fatoş BEÇİRAY: Çernoqoriyada təmamilə fərqli oyun olacaq
Avropa Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycanın «Bakı» klubu ilə ilk oyunundan sonra Çernoqoriyanın «Buduçnost» komandasının hücumçusu Fatoş Beçiray azerisport.az saytına öz fikirləri ilə bölüşdü.
«Oyun kifayət gədər çətin keçdi. Birinci hissədə biz yaxşı oynadıq, müdafiədə diqqətliydik və imkan düşəndə əks hücum təşkil edirdik. İkinci hissədə isə bir neçə səhf buraxdıq və nəticədə iki top buraxdıq», - futbolçu bildirdi.
Onun sözlərinə görə, Çernoqoriyada onlar təmamilə fərqli oyun göstərəcəklər: «Öz meydançamızda bizim müdafiədə oturmaq fikrimiz yoxdu. Bakıda biz 2:1 məğlub olduq, amma evdə 1:0 hesabı ilə qalib gələcəyik və növbəti mərhələyə keçəcəyik».
