16 iyul 2010 13:41
Əfran İSMAYILOV: Özümü qəhrəman kimi hiss etmirəm
Azərbaycanın «Qarabağ» futbol klubunun yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının 2-ci təsnifat mərhələsində Şimali İrlandiyanda keçirilmiş yerli «Portadaun» klubu ilə ilk görüşdən sonra azerisport.az saytına öz fikirləri ilə bölüşüb.
«Bu oyunda «Qarabağ» çoxlu təhlükəli vəziyyətlər yaradırdı və biz bundanda çox top vura bilərdik. Özümü qəhrəman hiss edirəmmi? Yox. Mən nə etməliydim onuda etdim. Ümid edirəm ki, mən Bakıdada qol vura biləcəm», - İsmayılov bildirdi.
Xatırladaq ki, «Portadaun»-«Qarabağ» görüşü 1:2 hesabı ilə ağdamlıların xeyrinə bitdi.
