16 iyul 2010 13:47
XL`də növbəti rumıniyalı? (FOTO)
Rumıniya millisinin yarımmüdafiəçisi Adrian Kristya Azərbaycanın «Xəzər-Lənkəran» klubuna keçə bilər. Azerisport.az xəbər verir ki, XL-in yeni baş məşqçisi Mirça Rednik onu Azərbaycana özü ilə gətirmək hazırdı. Qeyd edək ki, Kristya Buxarestin «Dinamo» klubunda çıxış edir. Rumıniya yığmasının heyətində futbolçu səkkiz oyun keçirib.
«Əgər ən yaxşısı olmaq istəyirsənsə gedək mənimlə», - Rednik Kristyaya Rumıniya televiziyasının efirində söylədi.
