16 iyul 2010 13:59
Arsenal Sesklə vidalaşmağa hazırdı
İngiltərənin «Arsenal» klubunun rəhbərliyi ispan yarımmüdafiəçisi Sesk Fabreqasın qiymətini aşağı salmağa hazırdı. Azerisport.az goal.com saytına istinadən xəbər verir ki, kluba yaxın olan mənbələr məlumat verir ki, «kanonirlər» futbolçuyla 54 milyon avroya vidalaşa bilərlər. Qeyd etmək lazımdı ki, əvvəlki qiymət 70 milyon avro təşkil edirdi. Xatırladaq ki, londonluların məşqçisi Arsen Venqer Kataloniya klubunun danışıqlar aparmaq üsulu ilə çox narazı idi. Lakin, indi o yenidən dialoqa hazırdı.
