16 iyul 2010 18:00
Fabreqas Barcelona`nın oyunçusu olacaq
İspaniyanın "Barcelona" klubunun prezidenti Sandro Rossel əminliklə söylədi ki, onlar İngiltərənin "Arsenal" komandasının yarımmüdafiəçisi Sesk Fabreqası alırlar.
Azerisport.az TV3 istinadən xəbər verir ki, klub prezidentinin sözlərinə görə "Arsenal" onların təkliflərinə heç qulaq asmaqda istəmir, Fabreqası transferə çıxartmırlar: "Bir neçə həftə əvvəl biz onlarla fəal mübahisə aparırdıq. Onlar bunu yaddan çıxartmadı. Fabreqas "Barcelona"-nın oyunçusu olacaq. Bu il alınmasa, deməli gələn il. Baxarux. Xəbərdarlıq etmək istiyərəm: biz onu transferinə görə öz ağlımızı itirməyəcəyik. Heç kim ona görə 60-70 milyon avro ödəməyəcək. Biz bu oyunçuya görə onun əsl dəyərini ödəyəcəyik".
