16 iyul 2010 15:24
İnter Çexiya, Fənərbaxça İsveçrə (YENİLƏNDİ)
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycanın «İnter» klubu öz potensial rəqibininin adını bildi. Bu «Metalurgs» (Latviya) – «Sparta» (Çexiya) cütlüyünün qalibi olacaq.
Xatırladaq ki, ilk oyunda «İnter» Polşanın «Lex» komandasına 0:1 hesabı ilə, «Metalurgs» – «Sparta» oyunu isə 0:3 hesabı ilə bitdi.
Həmçinin, Türkiyənin "Fənərbahçə" klubunun rəqibi isə İsveçrənin "Young Boys" komandası oldu.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları iyulun 27-28-də, cavab oyunları isə avqustun 3-4-dü kiçiriləcək.
