16 iyul 2010 12:33
Qəbələ iki hücumçu ilə gücləndi
Azərbaycanın «Qəbələ» futbol klubunun ilk transferləri məlum oldu. Azerisport.az xəbər verir ki, bunlardan biri Yamayka millisinin 33 yaşlı hücumçusu Deon Con Bartondu. Futbolçu komandanın heyətinə İngiltərənin birinci divizion (premyer-liqa və çempionşipdan sonra üçüncü liqa) təmsilçisi «Charlton Athletic»-dən gəldi.
Digər oyunçuyasa, Britaniya mətbuatının məlumatına görə, Uill Hendridi. 26 yaşlı hücumçu son mövsümünü İngiltərənin sayca beşinci olan liqasında Londonun «Wimbledon» klubunda çıxış edib.
