16 iyul 2010 00:33
Nikola RAKOEVIÇ: Bakı qələbəyə layiq idi
Azerisport.az xəbər verir ki, Çernoqoriyanın «Buduçnost» futbol klubunun baş məşqçisi Nikola Rakoeviç Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın «Bakı» komandasına ilk oyundaki 2:1 məğlubiyyətindən sonra öz fikirləri ilə bölüşdü.
«Baxmayaraq ki, oyunda hesabı biz açdıq, Bakı bu qələbəyə tam layiq idi. Azərbaycan komandasında çox təhlükəli oyunçular var. Təəsüf ki, biz qələbə hesabını qoruya bilmədik», - Rakoeviç söylədi.
Onun sözlərinə görə, «Bakı» Avropa Liqasının qrup mərhələsinə düşmək üçün şansı var.
