16 iyul 2010 12:54
AFFA Almaniyaya pulsuz seyr etməyə imkan yaradır
Sentyabırın 7-si Avro-2012-in seçmə mərhələsi çərçivəsində Almaniyanın Köln şəhərində Almaniya-Azərbaycan milli komandalarının oyunu keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, assosiasiya 730 bilet əldə edib və onlardan 400-nü azarkeşlərə pulsuz paylanacaq. İlkin olaraq pulsuz biletlər Avropa ölkələrində təhsil alan və Azərbaycandan bu oyuna gedən azarkeşlərə veriləcək. Qalan biletlər isə xaricdə yaşayan soydaşlarımız arasında bölünəcək.
