17 iyul 2010 13:24
Ferqüsson: Mənə İngiltərə yığmasını çalışdırmağa təklif ediblər
İngiltərənin "Machester United" futbol kubunun baş məşçisi ser Aleks Ferqüsson etiraf etdi ki, o, İngiltərə yığmasının baş məşqçisi vəzifəsində çalışa bilərdi, lakin bu imkandan yararlanmadı.
Azerisport.az The Daily Mail nəşrinə istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis bu vəzifəni "zəhərli badə" adlandırdı: "Məncə, bu dəhşətli işdi. Bundan başqa, məndə çox pis xüsussiyyət var – mən şotlandiyalıyam. Fərq etməz hansı tərəfdən bu məsələyə yaxınlaşırsız – bu vacib amildi".
