17 iyul 2010 13:39
Vidiç Real`a istəyir
İngiltərənin "Manchester United" klubunun serbiyalı müdafiəçisi Nemanya Vidiç komandanı tərk etmək istəyindədi. Azerisport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, oyunçu ona yeni müqavilə təklif olunmadığı üçün heyfsilənir və buna görədə Madridin "Real" klubuna qoşulmaq istəyir.
Əgər bu transfer baş tutarsa, madridlilər futbolçuya görə 18 milyon avro ödəməli olacaqlar. Hal hazırda 28 yaşlı Vidiç həftədə 70 min funt-sterlinq qazanır, lakin bu onun müdafiə xəttində oyundaşı olan Rio Ferdinandın maaşından 40 min azdı. "Manchester United" Vidiçə yeni müqaviləni yayda təklif etməlidi, çünki klubun qaydalarına görə yeni müqavilə indiki müqavilənin bitməsinə qədər iki il müddəti qalan zaman təklif olunur. Lakin komandanın sahibləri Qleyzerlər bu müddəti bir ilə kimi azaldıblar, istisna yalnız Ueyn Runi oldu.
