17 iyul 2010 14:37
Aleksandr ÇERTOQANOV: Biz Polşa klubunu keçə bilərik
Azərbaycan millisinin və Bakının "İnter" futbol klubunun yarımmüdafiəçisi azerisport.az saytına komandasının Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində çıxış etmək şanslarından danışdı.
"Bizim Polşa klubunu keçmək üçün şansımız var. Sadəcə olaraq, ilk oyundaki məğlubiyyətdən nəticə çıxartmalıyıq. Ümid edirəm ki, cavab oyununda Poşkus rəqib qapısına yol tapa biləcək. İlk görüşə gəldikdə isə, mən hesab etmirəm ki, forvardı qınamaq lazımdı. Hətta dünya çempionatlarındada yüksək səviyyəli oyunçular qol vura bilmir", - Çertoqanov bildirdi.
