17 iyul 2010 15:53
Kapello ingilis futbolçularının reytinqini tərtib etdi
İngiltərədə faydalılıq reytinqinin nəticələri dərc edilib. Azerisport.az xəbər verir ki, İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello Capello İndex saytında komandasının bütün futbolçularına öz giymətini verib. Bu sayt DÇ-2010-nın ərəfəsində açılıb və komanda fəaliyyətini analiz edir.
Ən yüksək qiyməti hücumçu Cermeyn Defo alıb – yüz xaldan 62,47 xal toplayıb, ən aşağı qiyməti isə qapıçı Robert Qrin alıb – 51,67.
Həmçinin həmin saytda DÇ-2010-nu oyunçlarında reytingi tərtib olunub. İlk beşlik: Diyeqo Forlan – 65,77 xal, Miroslav Kloze – 65,39, Tomas Müller – 65,36, Andres İniyesta – 65,09, Xavi Ernandes – 64,63.
