17 iyul 2010 12:21
Jaba de KARVALYO: Komanda daha da intizamlı olub
Azərbaycanın "Bakı" futbol klubunun braziliyalı hücumçusu Jaba de Karvalyo öz komandasındaki dəyişikliklər və Avropa Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Çernoqoriyanın "Buduçnost"-u haqqında azerisport.az saytına öz fikirləri ilə bölüşdü.
"Keçmiş mövsümlə müqayisədə indi komanda daha da intizamlı olub. Biz hücumda bütün 90 dəqiqə ərzində oynaya bilərik. Biz fiziki cəhətdən daha da hazırlığlı olmuşuq, siz özünüzdə bunun şahidi olduz", - hücumçu bildirdi.
Onun sözlərinə görə, komandanın qarşısında növbəti mərhələyə keçmək məqsədi qoyulub: "Əminəm ki, biz bu məqsədə çatacayıq. Əlbətdə, cavab oyunu asan olmayacaq. Hətta biz 2:0 hesabı ilə qalib gəlsəydik belə, orada özümüzü arxayın hiss etməyəcəydik. Birinci oyunda onlar heç-heçəyə oynayırdılar. Çox müdafiə olunurdular. Həmdə bəxtləri çox gətirirdi".
