17 iyul 2010 00:42
FİFA və UEFA Bosniya və Hersoqovina futbol federasiyasını diskvalifikasiyisə edə bilər
Bosniya və Hersoqovinanın millisi və klubları FİFA və UEFA-nın turnirlərindən kənarlaşdırıla bilərlər. Azerisport.az Reuters agentliyinə istinadən xəbər verir ki, əgər yerli federasiya öz statusunu dəyişməsə bu baş verə bilər.
Belə qərarın qəbulunun səbəbi isə o oldu ki, Bosniya və Hersoqovina futbol federasiyasında prezident fuksiyasını indi üç nəfər yerinə yetirir, bu seçim isə onların professional keyfiyyətlərindən yox, etnik mənşələrindən irəli gəlib.
Bosniya və Hersoqovina futbol federasiyası bu məsələni şərh eyməkdən imtina etdilər.
