18 iyul 2010 13:06
Neftçi və Qəbələ heç-heçə etdilər
Azərbaycanın "Neftçi" və "Qəbələ" futbol klubları yoxlama oyunu keçirib. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Arif Əsədovun baxışda olan futbolçulara da şans verdiyi görüşdə qalib müəyyənləşməyib – 1:1. Flaqmanın qoluna 70-ci dəqiqədə baxışda olan futbolçu, Özbəkistan milli komandasının üzvü Bahodir Nasimov "imza atıb".
Həmçinin, qeyd edək ki, Toni Adamsın çalışdırdığı komandanın heyətində qolu "radarların" yeni futbolçusu Uill Hendri vurub.
