18 iyul 2010 13:40
Ançelottiyə hücumçu lazım deyil
İngiltərənin "Chelsea" futbol klubunun baş məşqçisi Karlo Ançelotti bildirib ki, onun komandası yeni hücumçu almaq planlaşdırmır. Azerisport.az "aristokratların" rəsmi saytına istindadən xəbər verir ki, italiyalı mütəxəssis komandaya yeni hücumçu lazım olmadığını deyib.
"Bizim heyətmizdə Starric var və həmçinin axın günlərdə komandaya Droqba, Kalu və Anelka qayıdacaqlar", - Ançelotti bildirdi.
Xatırladaq ki, mətbuatda xeyli vaxtdır ki, "Liverpool" komandasının hüçumçusu Fernando Torresin londonluların heyətinə keçidi müzakirə olunur.
