18 iyul 2010 12:23
Peres Kambyassonu Madrıddə görmək istəmir
Madiridin "Real" klubunun prezidenti Florentino Peres yeni baş məçqçi Joze Mourinyonun ideyasını bəyənmədi. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən məlumat verir ki, portuqliyalı mütəxəssis öz keçmiş komandası Milanın "İnter" klubunun yarımmüdafiəçisini Esteban Kambyassonu almaq istəyir. "Real"-ın transfer məsələləri üzrə məsləhətçisi Ernesto Branzetti bildirib ki, sadəcə olaraq Peres öz səhfinin boynuna almır.
"Mourinyo bilidirdi ki, o, komandada Estebanı görmək istəyir. Lakin, Peres imkan verə bilməz ki, Kambyasso Madridə qayıtsın. Altı il əvvəl məhz Peres arqentinalıya icazə verdi ki, o, sərbəst agent kimi klubu tərk edə bilər. Onun qayıdışı isə Peresin səhf etdiyinin sübutu olacaq", - Branzetti bildirdi.
Xatırladaq ki, 2004-ci ilə kimi Kambyasso "Kral klubunun" şərəfinin qoruyurdu.
