18 iyul 2010 18:57
Şükürovun klubu rəqibini darmadağın etdi (YENİLƏNDİ)
Bu gün Rusiya Premyer-liqasının 13-cü turu çərçivəsində Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Şükürovun klubu "Anjı" qonaq meydançada "Tom" komandası ilə görüş keçirdi. Azerisport.az xəbər verir ki, Şükürov meydançaya "Anjı"-nın əsas heyətində çıxmışdı. Oyun 1:4 hesabı ilə "Anjı"-nın xeyrinə bitdi.
18-ci dəqiqədə Mahir Şükürovun ötürməsindən sonra Kəmil Aqalarov hesabı açdı – 0:1.
Birinci hissənin sonunda "Anjı" hesabı 0:2 edir. Qolu Nikolay Josan vurdu.
71-ci dəqiqədə Mahirin növbəti gözəl ötürməsi və Kebe tətbətək vəziyətdə topu Qacıbekova ötürür və hesab 0:3 "Anjı"-nin xeyrinə olur.
Qoldan üç dəqiqə sonra Artyom Dzüba hesabı 1:3 edir.
77-ci dəqiqədə Tsorayev oyunda son topu vurur - 1:4.
