18 iyul 2010 00:49
Cavadov növbəti dəfə Twente`nin heyətində çıxış etdi
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov növbəti dəfə Hollandiyanın "Twente" klubunun heyətində çıxış etdi. Azerisport.az xəbər verir ki, "Osnabrück" komandası ilə yoldaşlıq görüşündə Cavadov meydançaya 76-cı dəqiqədə Brayan Ruisin yerinə daxil oldu. Qeyd edək ki, oyunda yeganə qolu 65-ci dəqiqədə məhz Ruis vurub.
