19 iyul 2010 01:13

Millinin keçmiış futbolçusunu kim zədələdi?

Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirən AZAL ilk yoxlama oyununa çıxıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki,  "Mersin İdman Yurdu" ilə qarşılaşan Nazim Süleymanovun yetirmələri meydançadan qollu heç-heçə ilə ayrılıblar.
 
Milli dərəcəli hakim Elnur Muradovun idarə etdiyi görüşdə hesabı AZAL açıb. Belə ki, rəqib müdafiəçiləri keçərək qapıçı ilə təkbətək çıxan Zohair Benouahi 18-ci dəqiqədə fərqlənib. Mersin Klubu isə oynunun ikinci hissəsində hesabda tarazlıq yarada bilib. Qeyd edək ki, "Mersin TV"-nin canlı yayınladığı bu matçda milli komandamızın keçmiş futbolçusu İlqar Qurbanov da forma geyib. Amma İlqar görüşü yarımçı tərk edib. 12-ci dəqiqədə zədələnən Qurbanov meydançadan çıxarılıb.
 
AZAL oyuna bu heyətlə çıxıb: Elşən Poladov (Cahangir Həsənzadə), Aqil Nəbiyev (Usim Nduka), Draqan Mandiç (Samir Adulov), Mirko Bunyevçeviç (Hüseyn Axundov), Victor İgbekoyi, Marius Kazlauskas, Gvdas Yuska, Robert Petrov (Nuqzar Kvirtiya), Zohair Benouahi (Anar Həsənov), Tərlan Xəlilov (Orxan Səfiyarov), Petar Rakoviç (Yunivan Suares).
 
Bu görüşdə baxışdan keçirilən sağ cinah müdafiəçisi Petar Rakoviç bəyənilməyərək geri göndərilib. Sonda onu da deyək ki, ikinci yoxlama oyunu ayın 21-də keçiriləcək və komandamız "Giresunspor"la qarşılaşacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.