AFFA mətbuat işçilərini təbrik etdi
Bu gün AFFA-nın inzibati binasında Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə jurnalistlərlə görüş keçirilib. Azerisport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş katib Elxan Məmmədov çıxış edərək mətbuat nümayənədələrini əlamətdar yubiley münasibətilə təbrik edib. O, bildirib ki, milli mətbuatımız bütün sahələrdə cərəyan edən prosesləri obyektiv şəkildə işıqlandırır, o cümlədən idmanın müxtəlif növlərinin təbliğatına xüsusi yer ayırır. Məmmədov mətbuatımızın yarandığı gündən ötən 135 il ərzində böyük inkişaf yolu keçdiyni qeyd edib. Daha sonra baş katib AFFA tərəfindən futbolun inkişafı ilə bağlı həyata keirilən layihələr bərədə məlumat verib. Tədbirin sonunda mətbuat nümayəndələrinə AFFA-nın hədiyyələri təqdim olunub.
