19 iyul 2010 15:10
Sokrates: Skolari qayıtmalıdı
Braziliya millisinin keçmiş kapitanı və dünya futbolunun əfsanəsi Sokrates hesab edir ki, "pentakampeonalrın" baş məşqçisi Luis Felipe Skolari olmalıdı. Azerisport.az BBC-yə istinadən xəbər verir ki, məhz bu mütəxəssisin başçılığı altında Braziliya 2002-ci ildə sonuncu dəfə dünya çempionu olmuşdurlar.
"Dunqanın yanaşması braziliyalıların ümidlərini doğrultmadı. Komandaya ideya çatışmırdı. Mən hiss edirəm ki, millinin baş məşqçisi Skolari olmalıdı. Yığmanın çalışdırıcısı işləmək ölkə prezidenti olmaq kimidi. Bütün məhsuliyyəti anlamaq lazımdı. Skolari isə bizə artıq sübut edib ki, o, belə bir təzyiqə davam gətirə bilər".
Qeyd edək ki, Sokrates Braziliya millisinin heyətində 1982 və 1986-cı illərdə keçirilən dünya çempionatlarında iştrak edib.
