19 iyul 2010 15:24
Kapello İngiltərədən üzr istədi
İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello öz agenti və onun oğlu olan Pyerfilippo Kapellonun vasitəsi ilə Capello Index saytında dərc olunan futbolçuların reytinqinə görə üzr istədi.
Azerisport.az The Mirror saytına istinadən xəbər verir ki, Kapellonun agenti bildirdi ki, Fabio bu məsələyə görə əhval-ruhiyyəsi pozulub: "O, bu reytinqin dərc olunmasınan çox təəssüf edir. Biz atrıq İngiltərə futbol federasiyasına söz verdik ki, bundan sonra heç bir reytinq dərc olunmayacaq".
