19 iyul 2010 15:43
Çilidə futbolçu hakimi meydançada boğmaq istədi (VİDEO)
Çilinin ikinci divizionunda qeyri-adi bir hadisə baş verdi. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, "Rangers" və "Deportes Concepcion" klubları arasında keçirilən oyun zamanı birincilərin futbolçusu Xose Pedroso hakimi boğmaq istədi.
Bu hərəkətin səbibi hakim Marselo Miranda "Rangers"-in qapısına təkrarən penalti vurulması qərarı olub. Qeyd etmək lazımdı ki, hakim "Rangers"-in qapısına dörd dəfə penalti təyin edib.
"Mən heçnədən təəssüflənmirəm. Başa düşürəm ki, öz cəzamı alacam və bundan sonra nə "Rangers"-in, nə də ki digər bir klubunda oynaya bilməyəcəm. Futboldan getmək niyyətindəyəm. Ailəmlə sakitcə Paraqvayda yaşamaq istəyirəm", - Pedroso dedi.
