19 iyul 2010 17:32
Balotelli Inter`i tərk edir
Milanın "Inter" klubunun hücumçusu Mario Balotelli yeni mövsümü digər komandanın heyətində başlayacaq. Azerisport.az Sky Sport Italia-ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun agenti Mino Rayola bildirdi ki Balotelliylə bir neçə klub maraqlanır. Lakin hələlik dəqiq məlim deyil oyunçu karyerasını harada davam etdirəcək. Əsas fovarit "Manchester City" sayılır.
Rayolanın sölərinə görə, bu məsələdə tələsmək lazım deyil: "Əslində, mən Mario haqqında danışmaq istəmirəm. Çünki mənin işim təkliflərin baxılması ilə bağlıdı. Onunla maraqlanırlar, lakin bu maraq kim tərəfindən olmasını deyə bilmərəm. Bütün variantlar mümkündü. Balotelli özü seçim edəcək".
