19 iyul 2010 17:41
Maksim MEDVEDEV: Xaricdə oynamaq istəmirəm
Azərbaycanın futbol üzrə yığmasının müdafiəçisi Maksim Medvedev xaricdə karyerasını davam etdirməkdən imtina etdi. Oyunçu azerisport.az saytına bildirdi ki, Hollandiya və Almaniya klublarından təkliflər var: "Lakin mən qərara gəldim ki, karyeramın indiki mərhələsində xaricə getməyim. Əvvəlcə "Qarabağ"la olan müqaviləm bitsin, sonradan isə danışığlar haqqında düşünmək olar".
