19 iyul 2010 18:28
Mirça REDNIK: XL çempion olacaq!
Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun yeni baş məşqçisi Mirça Rednik azerisport.az saytına yeni iş yeriylə bağlı öz fikirlərinin bildirdi.
"XL-də mən ilk rumıniyalı deyiləm, ona görədə bilirəm ki, bu böyük klubdu. XL-in bəzi keçmiş oyunçuları, həmçinin bu komandada əvvəllər çıxış edən rumın futbolçuları ilə də söhbət etmişəm. Mən bura vaxt keçirdmək üçün gəlməmişəm, bunun sizə əminliklə söyləyirəm", - Rednik dedi.
Həmçinin rumıniyalı mütəxəssis komandanın gələcək planları haqqında danışdı: "Biz avrokubklara vəsiqə qazanmalıyığ və həmçinin çempionat və Kubok oyunlarında uğurlu çıxış etməliyik. Rəhbərlik mənə bildirdi ki, XL çempionluq üçün darıxıb. Buna görə də, biz əlimizdən gələn hər şeyi etməliyik ki, çempion olaq".
