19 iyul 2010 11:59
Millimiz yarım milyon manat gətirdi
AFFA-da Azərbaycan futbol üzrə yığmasının oyunlarına yeni bilet satışı sisteminin təqdimatı keçirildi. Azerisport.az xəbər verir ki, şəhərin ayrı-ayrı nöqtələrində xüsusi aparatlar qurulacaq və hər bir insan bunun vasitəsi ilə özünə stadionda istədiyi yeri seçə bilər. Qeyd etmək lazımdı ki, bəzi klublarımızda bu sistemi həyata keçirmək istəyirlər. Həmiçinin, yığmanın keçən ilki oyunlarından gələn gəlir 500 000 manat təşkil etdi.
