19 iyul 2010 12:06
Chelsea braziliyalı vunderkindi almaq istəyir
Londonun "Chelsea" klubunun rəhbərliyi və məşqçılər korpusu braziliyalı vunderkindi öz heyətinə qatmaq niyyətindədilər. Azerisport.az Gazeta Esportiva nəşrinə istinadən xəbər verir ki, həmin oyunçu Braziliyanın "Santos" klubunda çıxış edən Neymardı.
Mənbənin məlumatına görə, londonlular futbolçuya görə 25 milyon avro təklif ediblər.
